Uorlik həlak olan Azərbaycan əsgərinə görə başsağlığı verdi
"Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən insan itkisinə görə təəssüflənirik və başsağlığı diləyirik".
Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində Azərbaycan əsgərinin həlak olmasına münasibət bildirərkən deyib.
“Biz tərəfləri atəşkəsə hörmət etməyə, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Bu kimi addımlar həllə apara biləcək danışıqlar üçün şərait yaratmaq baxımından çox vacibdir”, - deyə diplomat bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.