banner
banner

Dünya

'Cəbhət Fəth əş-Şam'ın rəhbərlərindən biri məhv edilib

'Cəbhət Fəth əş-Şam'ın rəhbərlərindən biri məhv edilib

ABŞ-ın Hərbi Hava Qüvvələri və beynəlxalq antiterror koalisiyasının üzvləri "Cəbhət Fəth əş-Şam" (keçmiş Cəbhət ən-Nüsrə) terror qruplaşmasının rəhbərlərindən birini məhv edib.

 
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib. 
 
"Biz Misir vətəndaşı, "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən biri Əbu əl-Fərəc əl Məsrinin ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya zərbələri nəticəsində zərərsizləşdirildiyini təsdiqləyə bilərik" – deyə o bildirib. 
 
Kukun sözlərinə görə, terror qruplaşmasının rəhbərlərindən birinin məhvi "Cəbhət Fəth əş-Şam"a növbəti zərbələrdəndir. Əl-Məsri "Əl Qaidə" terror təşkilatının Misirdəki rəhbərlərindən idi. O, daha sonralar Suriyaya gələrək, "Cəbhət Fəth əş-Şam"a dəstək vermək məqsədilə hərbi əməliyyatlara iştirak edib. Terrorçu bundan sonra isə Əfqanıstanda döyüşüb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.