banner
banner

Dünya

Əsəd: ABŞ-dan hər şey gözləmək mümkündür - Video

Əsəd: ABŞ-dan hər şey gözləmək mümkündür -
"Rəsmi Vaşinqtonın Suriya daxilində Rusiya ilə bilavasitə toqquşmaya yol verməmək üçün effektiv addımlar atacağına bir o qədər də inanmıram".
 
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd səsləndirib.
 
O, eyni zamanda Rusiyanın ABŞ-la münasibətlərinin toqquşma həddinə çatmaması üçün müəyyən addımlar atdığına inandığını da bildirib. Bəşər Əsəd həmçinin hazırda Suriya daxilindəki vəziyyətin idarəolunmaz məcrada inkişaf etdiyini və Karib böhranını istisna olmaqla, İkinci Dünya müharibəsindən sonra böyük dövlətlər arasında hər hansı gərginliyin yaşanmadığını vurğulayıb.
 
"Hazırda isə vəziyyət bir qədər fərqlidir. ABŞ-ı artıq güclü dövlət rəhbərləri idarə etmir. Güclü liderin olmadığı halda isə onlardan hər şey gözləmək mümkündür. Daha doğrusu, hər zaman ancaq xoşagəlməz hadisələr gözləmək lazımdır", - deyə Bəşər Əsəd bildirib.
 
 
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.