banner
banner

Dünya

Florida qubernatoru: ''Bu qasırğa adamları öldürəcək''

Florida qubernatoru: ''Bu qasırğa adamları öldürəcək''
Florida ştatına doğru irəliləyən Metyu qasırğası Baham adalarını vurmaqdadır. ABŞ-ın cənub ştatında isə qasırğanın gəlişinə hazırlaşan sakinlər son anlarda özlərini tufanın effektlərindən qorumaq üçün tədbirlər görürlər.
 
Çərşənbə axşamı Metyu qasırğası Haitidə azı 108 adamın ölümünə bais olub. Bununla qasırğa nəticəsində Karib Dənizi hövzəsində ölənlərin sayı 114-ə çatıb. Dördüncü kateqoriyalı tufan son 52 ildə Haitini vuran ən güclü qasırğa olub.
 
Florida qubernatoru Rik Skott qasırğanın 4-cü kateqoriyada qalacağını güman etdiyini bildirib. Axşam saatlarında Floridanı vuracaq qasırğa saatda 205 kilometr sürətlə hərəkət edir.
 
“Vaxt tükənmək üzrədir. Bəhanəyə yer yoxdur. Siz buradan çıxmalısınız,” qubernator ştatın zərbə qarşısındakı nöqtələrinin sakinlərinə bildirib. 1.5 milyon adamın evakuasiyasına göstəriş vermiş qubernator əlavə edib: “Təəssüf ki, bu, adamlar öldürəcək.”

Skott tufan yaxınlaşdıqca Floridanın magistral yollarında tıxacların əmələ gələcəyi haqda xəbərdarlıq edib.
 
Mayamidə qərargahlanan ABŞ Qasırğa Mərkəzi Metyunu “son dərəcə təhlükəli” tufan kimi dəyərləndirir. Mərkəz qasırğanın bəzi bölgələrə 20 sm hündürlükdə yağış gətirəcəyini bildirib ("Amerikanın səsi").
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.