banner
banner

Hərbİ

ANAMA: Ağstafada 404 partlamamış hərbi sursat aşkarlanıb

ANAMA: Ağstafada 404 partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən oktyabrın 7-də Salyan və Ağstafa rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən verilən məlumata görə, Salyan rayonu Şirvan Milli Parkı - ərazisində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 93 mm-lik tank əleyhinə raket (PQ-7VL) və 1 ədəd 140 mm-lik raket (M-14 OF)) aşkar edilərək götürülüb, nəticə etibarilə 3500 kv.m. ərazi yoxlanılıb.

Ağstafa rayonu Saloglu qəsəbəsindəki su kanalının yaxınlığında da əraziyə baxış keçirilib, 404 ədəd partlamamış hərbi sursat (PHS) (4 ədəd 100 mm-lik top mərmisi (BM-6), 1 ədəd 73 mm-lik OQ-9 raketi,1 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 1 ədəd 122 mm-lik top mərmisi (A-1), 3 ədəd 40 mm-lik silah qumbarası (VOQ-25), 3 ədəd siqnal raketi, 2 ədəd güllə gilizi (12x7 mm), 1 ədəd güllə gilizi (12x7 mm) (boş), 341 ədəd güllə (7x62 mm), 32 ədəd güllə (5x45 mm), 16 ədəd tapança gülləsi, 2 ədəd 100 və 122 mm-lik top gilizi (boş), 1 ədəd güllə darağı (5x45 mm) (boş), 1 ədəd PQ-7 raketinin mühərrikinin qapaq hissəsi (boş)) və 2 ədəd “siqnal minası” aşkar edilərək götürülüb, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 07 oktyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 938 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.