banner
banner

Gündəm

Niderlandda Azərbaycanla baglı tədbir keçiriləcək

Niderlandda Azərbaycanla baglı tədbir keçiriləcək
Niderlandda yaşayan azərbaycanlılar noyabr ayının əvvəlində Niderlandın Zeyland (Zeeland) regionunda, Zirikze (Zierikzee) şəhərində azərbaycanlıların tədbiri keçirəcək. 
 
Bu barədə Musavat.com-a məlumat verən Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının sədri Vüqar Abbasov qeyd edib ki, tədbir Azərbaycanı yerli insanlara təbliğ etmək məqsədi ilə təşkil olunub: “Tədbirdə biz həm Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının 25 illiyini, həm də təşkilatımızın yaradılmasının bir illiyini qeyd edəcəyik. Tədbiri Zirikze şəhərindəki kinoteatrda təşkil etməyi planlaşdırmışıq. Tədbirdə Azərbaycanla bağlı iki görüntülü təqdimat  verməyi və iki qısa film nümayiş etdirməyi düşünürük və təbii ki, musiqilərimizi səsləndirmək də bizim planlarımıza daxildir. Təqdimatlardan, filmlərdən sonra isə iştirakçılara ölkəmizlə bağlı suallar ünvanlanacaq, cavab verənlər Azərbaycanla bağlı kitablar və digər hədiyyələrlə mükafatlanacaqlar. Qonaqlar  Azərbaycan şirniyyatı dadmaq imkanı da əldə edəcəklər.   Dəvətlilər əsasən bu ərazidə yaşayanlardırlar. Artıq  tədbir barədə yerli qəzetlərdə məlumatlar, tədbirə çağrışlar dərc olunub və olunmaqda davam edir. Bu tədbirbizim təşkilatın  ilk kütləvi tədbiridir, biz bununla həm də yerli insanların bu kimi tədbirlərə yanaşmalarını yoxlayacağıq ki, bu da bizim gələcək fəaliyyətimiz üçün çox önəmlidir.  Eyni zamanda yerli mətbuat nümayəndələri də tədbirə dəvət alanlar sırasındadırlar. Qeyd etdiyim kimi, bu, bizim  təşkilatın ilk kütləvi tədbiridir və ümid edirik  ki, istədiyimiz kütləviliyi təmin edə biləcəyik” – deyə Vüqar Abbasov əlavə edib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.