banner
banner

Dünya

ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"
Türkiyə Suriyada öz məqsədlərini həyata keçirməyə çalışacaq. Nə ABŞ, nə də İraq Mosul əməliyyatında Türkiyənin iştirak etməsini istəyir.
 
Axar.az xəbər verir ki, bu barədə “İndependent” qəzetinin yazarı Kim Senqupta öz məqaləsində yazıb.
 
Yazar iddia edib ki, ABŞ-ın Donald Trampı ifşa etməyə çalışdığı bir dönəmdə İstanbulda Rusiya lideri Vladimir Putinlə həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşün beynəxalq strateji nəticələri olacaq:
 
“Türklərin noyabr ayında rus qırıcısını vurmasından sonra təxirə salınan Türk Axını layihəsi yenidən detallı müzakirə olunur”.
 
Məqalədə qeyd olunub ki, məhz Rusiya-Türkiyə münasibətlərinin normallaşdığı zamanda Ərdoğan Suriyaya ordu yeritdi:
 
“Ərdoğan türk qüvvələrinin Mosulu işğaldan azad etmək üçün çalışacağını söylədi və “Kimsə bunun qarşısını ala bilməz” dedi. Lakin nə ABŞ, nə də İraq türklərin Mosul əməliyyatında iştirakını istəyir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.