banner
banner

Gündəm

Cahangir Hacıyevin bacısı: “Azərbaycana olan inanmımız tamam itəcək”

Cahangir Hacıyevin bacısı:
Beynəlxalq Bankın idarə heyyətinin sabiq sədri Cahangir Hacıyevin və onunla birlikdə həbs olunan 7 nəfərin cinayət işi üzr məhkəmə prosesi yekunlaşmaq üzrədir. Prokuror çıxışında Cahangir hacıyevin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
Sabiq bankir isə öz növbəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmayaraq maliyyə naziri Samir Şərifovu ittiham edir. Cahangir Hacıyev heç bir subut olmadığı halda həbs edilməsini və müttəhlimlər kürsüsündə əyləşməsini kimlərinsə sifarişi kimi dəyərləndirir.
Musavat.com xəbər verir ki, C.Hacıyevin bacısı Əminə Hacıyeva qardaşına qarşı irəli sürülən ittihamlara və ona istənilən cəzaya münasibət bildirib.
Oktyabrın 10-da keçirilən məhkəmə prosesindən sonra jurnalistlərə açıqlama verən Əminə Hacıyeva qardaşının günahsız olduğunu və məhkəmədən ədalətli qərar gözlədiyini deyib. 
O, əlavə edib ki, qardaşının günahsız olduğunu hər kəs bilir. Ə.Hacıyeva məhkəmənin ədalətli qərar verməyəcəyi təqdirdə Azərbaycan dövlətinə olan inamlarının itəcəyini bildirib: “Qərar ədalətli olmalıdır. Çünki hamı çox gözəl bilir ki, heç kimdə təqsir yoxdur. Ona görə də heç kim heç bir sənəd təqdim etmədi, heç kim sübut gətirmədi. Mən bilmirəm, əgər məhkəmə ədalətli qərar verməsə, bizim Azərbaycana olan inanmımız tamam itəcək. Çünki bu belə düzgün deyil”.
 
Ə.Hacıyeva C.Hacıyevin qanunsuz olaraq həbs edildiyini deyərək, qardaşının həbsində əli olan şəxslərə mesaj göndərib: “Heç vaxt demək olmaz ki, qatıq qaradır, heç vaxt. Onsuz da illər keçəcək, biz hamımız yaxşı bilirik ki, həyat çarxıfələkdir. Bu gün burda olan adam sabah gedir o biri yerə. Heç kim mənəm-mənəm deməsin. Bu işdə qara əməllərini yetirən insanlar onlar da Allahdan öz paylarını alacaqlar. Mən buna yüz faiz əminəm. Biz bütün ömrümüzü belə yaşamışıq, uşaqlara nağıl oxuyurduq ki, xeyir həmişə şər üzərində qələbə qazanır. Mən onsuz da əminəm ki, xeyir şər üzərində qələbə qazanacaq. Onsuz həyat ola bilməz. Belə olsa, dünya batardı. Əgər yaxşılıq pisliyə üstünlük gəlməsəydi, onda dünya gərək neçə əsr əvvəl batardı”.
 
Qeyd edək ki, “Beynəlxalq bank işi”nə görə Əminə Hacıyevanın da ölkədən çıxışına STOP qoyulub. Bugünkü məhkəmə prosesində son söz deyən Cahangir Hacıyev bu məsələyə də toxunaraq bacısının bankla heç bir əlaqəsinin olmadığını və onun ölkədən çıxışına qoyulan qadağanın qanunsuz olduğunu söyləyib. 
Musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.