banner
banner

Gündəm

Bu gün Aşuradır

Bu gün Aşuradır
Oktyabrın 12-də bütün müsəlman dünyasında İmam Hüseyn və tərəfdarlarının şəhid olduğu gün-  Aşura günü qeyd olunur. 
Məlumat üçün qeyd edək ki, Aşura - hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də “onuncu gün” deməkdir. Hicri təqvimi ilə 61-ci ilin həmin günündə, miladi təqvimi ilə isə 680-ci ilin oktyabrında Həzrət Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilib. 
 
Kərbəla faciəsinin tarixini “Yeni Müsavat”a danışan dini ekspert Kənan Rövşənoğlu İmam Hüseyn (ə) və tərəfdarlarının qeyri-bərabər döyüşdə vuruşaraq şəhid olduğunu bildirdi: “680-ci ildə xəlifə taxtına atasından sonra oturmuş Yezid ibn Muaviyəyə beyət (hakimiyyətini tanımaq) etməyən İmam Hüseyn (ə) və yaxın tərəfdarları Məkkədə sui-qəsd təhlükəsindən sonra İraqa yola düşür. Kufə şəhərinə gedərkən Kərbəla adlı ərazidə xəlifənin və Kufə valisinin göndərdiyi ordu qarşısını kəsir. Ordu komandanı Ömər ibn Səid təklif edir ki, xəlifənin hakimiyyətini qəbul eləməlidir. İmam Hüseyn (ə) bundan imtina etdiyi üçün mühasirəyə alınır və çayın yolu kəsilərək susuz saxlanılır.  Ancaq İmam Hüseyn beyət etmir. Məhərrəm ayının 10-da xəlifənin ordusu hücum edərək İmam Hüseyn (ə)-i və tərəfdarlarını qətlə yetirirlər. İmam  və tərəfdarları Yezid ordusu ilə qəhrəmancasına döyüşüb  həlak olur. Ailəsini isə əsir alaraq Dəməşqə, xəlifənin sarayına aparırlar.  Bu hadisə İslam aləmində çox böyük kədərə səbəb olur. Peyğəmbərin nəvəsinin öldürülməsi, ailəsinin əsir alınması, başının kəsilib xəlifəyə göndərilməsi narazılıq yaradır. 
 
Səhabələr Kərbəlaya gedərək İmam Hüseynə yas tuturlar. Sonrakı illərdə də müsəlmanlar İmam Hüseynə yas tutur, hər il Kərbəlaya gedərək matəm saxlayırlar. Əsrlər boyudur bu matəm ənənəyə çevrilib, hər il hicri qəməri təqvimi ilə insanlar Aşura günü əza saxlayırlar, İmam Hüseynin qeyri-bərabər döyüşdə qəhrəmancasına qətl edilməsini yad edirlər. Həmin gün əza saxlayıb İmam Hüseyni (ə) yad etmək savabdır". 
 
Qeyd edək ki, dini ədəbiyyatda Aşuraya keçən gecəni oyaq qalıb əhya saxlamaq tövsiyə edilir. İnsan bu gecə öz evində və ya öz şəhərindəki məsciddə də oyaq qalsa, savab sahibi olar. Aşura gecəsində çox namaz qılmaq, dua etmək, Aşura şəhidlərinin müsibətini yada salmaq, xüsusilə həmin gecə Kərbəlada susuz qalmış Əhli-beyt körpələrinin və qadınlarının vəziyyətini xatırlamaq, öz günahlarının bağışlanması üçün Allaha yalvarmaq savabdır. Aşura günündə möminlər yaxşı olar ki, Kərbəla faciəsini bir an da olsa unutmasınlar, kədər içində olsunlar, şadlanmağı özlərinə rəva bilməsinlər. Aşura gününü mütləq məsciddə keçirmək lazım deyil. İnsan öz evində də bu günü qeyd edə bilər. Amma Aşura günündə məscidlərdə, ziyarətgahlarda qurulan əza məclislərində iştirak etməyin savabı daha böyükdür. 
 
Bir şərtlə ki, həmin yerlərdə qurulan məclislər mövhumatdan və xurafatdan uzaq şəkildə, əsl İmam Hüseynə (ə) və Aşura şəhidlərinə layiq formada keçirilsin. Aşura gününün qeyd edilməsində əsas məqsəd insanları ağlatmaq deyil. Ağlamaq da haqqa bağlılığın və məzlumlarla həmrəyliyin bir növüdür, zülmə qarşı etiraz formasıdır. Bu məclislərə toplaşıb Aşura hadisəsini yad edən, şəhidlərə mərsiyə deyib ağlayan adamlar İmam Hüseynin (ə) hansı məqsədlər uğrunda mübarizə apardığını öyrənir, onunla düşmənçilik edən qüvvələri tanıyırdılar. Kərbəla səhrasında baş vermiş rəngarəng hadisələrin təsvirini eşidir, şəhidlərin mübarizlik məktəbindən dərs alırdılar. Həzrət Məhəmməd Peyğəmbər (s) öz sağlığında İmam Hüseynin (ə) gələcək şəhadətini dəfələrlə xəbər vermişdi. Bu hədislərin bir qismində Kərbəla faciəsinin sonrakı nəsillərə də böyük ideoloji və əxlaqi təsir göstərəcəyi bildirilir. Hədislərin birində deyilir ki, Peyğəmbər buyurub: “Hüseynin qətli möminlərin qəlbində heç vaxt sönməyəcək bir hərarət yaradar”.
 
Qeyd edək ki, hər il olduğu kimi, bu il də oktyabrın 12-də Azərbaycanın bütün məscidlərində Aşura mərasimləri keçiriləcək. Həmin gün savab olan əməllərdən biri də qanverməkdir. Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunacaq. Bu məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir. Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda “Təzəpir” məscidi və “Hacı Soltanəli” məscidləri, Səbayel rayonunda “Bibiheybət” və İçərişəhər “Cümə” məscidləri, Suraxanı rayonu “Qaraçuxur” qəsəbə məscidi, Xəzər rayonu “Mirmövsüm ağa” ziyarətgah-məscidi, Nizami rayonu “Keşlə” qəsəbə məscidi, Nəsimi rayonu "Əjdərbəy" məscidində təşkil olunacaq.
 
Bununla yanaşı, Sumqayıtda “Cümə” məscidi, Gəncədə “İmamzadə” ziyarətgah-məscidi, Mingəçevirdə “Heydər” məscidi, Şəkidə “Çümə” məscidi, Lənkəranda “Böyük Bazar” məscidi, Bərdədə “Cümə” məscidində də qanvermə aksiyası keçiriləcək. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
 
Həmçinin Bakıda Aşura mərasimləri ilə əlaqədar insanların kütləvi iştirakını nəzərə alaraq təhlükəsizlik tədbirləri də gücləndiriləcək. Aidiyyəti dövlət qurumları bunun üçün hərəkətə keçib. 
 
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək: “Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 12-si paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımi şəkildə təmin ediləcək”.
 
Rəis müavini həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bununla bağlı vətəndaşlara müraciət edib. O, Aşura günü bütün tədbirlərin məscidlərdə keçirilməsini tövsiyə edib: “Dini xarakterli bütün ayinlər məsciddə və yaxud məscidin həyətində keçirilə bilər. O cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadə olunmalıdır. Dini ayinlərin icrası zamanı qanuna əməl edilməlidir”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda da bildirilir ki, oktyabrın 12-də yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimlərin keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən lazımi qüvvələr ayrılıb. Mərasimlərlə əlaqədar bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.
 
 

Картинки по запросу aşura günü
 
Картинки по запросу aşura günü azərbaycanda
 
Картинки по запросу aşura günü azərbaycanda
 
Картинки по запросу aşura günü azərbaycanda
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.