banner
banner

Gündəm

“Rabitə işi”nə görə tutulan məmur yeriyə bilmir

“Rabitə işi”nə görə tutulan məmur yeriyə bilmir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun sağlıq durumundan ciddi problemlər var. Bu haqda “Yeni Müsavat”a onun vəkili Ceyhun Yusifov məlumat verib. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qərəzli münasibət sərgilənir: 

“Vidadi Zeynalov səhhətindəki problemlə əlaqədar olaraq, görüş otağına gələrkən çox əziyyət çəkir. O, həbs edilməmişdən əvvəl diz qapağından əməliyyat olunub. Onun belində ağır dərəcəli onurğa yırtığı (qrija) və sinir ağrıları var. Buna görə də Vidadi Zeynalov otura bilmir. O, yerimə qabiliyyətini itirmək həddindədir. Ya yataqda uzanmalı, ya da ayaq üstə dayanmalıdır. Bizim şikayətlərimizdən sonra onu 3-ci mərtəbədən 1-ci mərtəbəyə köçürdülər. Amma onu şəraitsiz otağa köçürüblər. Ona qarşı məhdudiyyətlər 5 qat artırılıb. Vidadi Zeynalov mənə şiddətli ağrılarının olduğunu, buna görə gecələr yata bilmədiyini deyir. Onu formal olaraq şəraitsiz, nəmişlik otağa keçiriblər. Həmin otaqdakı şərait onun xəstəliyinə daha da pis təsir edir”.
 
Vəkil Ədliyyə Nazirliyi rəhbərliyinə müraciət edərək Vidadi Zeynalovla bağlı məsələyə diqqət ayrılmasını istəyib: “Vidadi Zeynalovun telefon danışıqlarına qadağa tətbiq edilib, yaxınları ilə görüşmək hüququ məhdudlaşdırılıb. Vidadi Zeynalova qarşı açıq şəkildə aqressiv münasibət sərgilənir. Ona xüsusi dietik qidaların verilməsinin də qarşısı alınır. Bu təzyiqlərə son qoyulmasını xahiş edirik”. Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməkdə ittiham edilib. Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V.Zeynalov barəsində Binəqədi Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Bu müddət sonradan bir neçə dəfə artırılıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.