Adı son zamanlar Serengil Serengillə çəkilən türk müğənni Hakan Altun maraqlı açıqlamalar verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər fürsətdə iddiaları təkzib edən və Serenlə dost olduğunu deyən ifaçı bu dəfə fərqli danışıb.
H.Altun daha öncə ona Serenlə bağlı sual verən jurnalistlərə əsəbiləşdiyi üçün onlardan üzr istəyib:
“İlk dəfə belə bir şey etdim. Hamısından, bütün jurnalistlərdən üzr istəyirəm. Anam da son zamanlarda nə zaman evlənmək istədiyimlə bağlı suallar verir. Mən taleyə inanıram”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.