İcra başçısının oğlu şəkil yaydı - izahatını generallar verdi
Müdafiə Nazirliyi Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində - səngərdə çəkdirdiyi fotolarla bağlı məsələyə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən lent.az-a daxil olan açıqlamada bildirilir: "Təsdiq olunmuş tədbirlər planına əsasən ölkədə qeyd olunan əlamətdar hadisə və bayram günlərində rayon icra hakimiyyətlərinin, yerli orqanların, ictimaiyyətin nümayəndləri, təşkilatlar, gənclər, fəallar, valideynlər əvvəlcədən daxil olmuş müraciət və razılıq əsasında hərbi hissələrdə olaraq şəxsi heyətlə bir yerdə bayram tədbirlərində iştirak edirlər. Konkret olaraq, fotolarda əks olunan ərazi isə cəbhə xətti deyil, ehtiyatda yerləşən təlim mərkəzidir".
Qeyd edək ki, bir neçə gün əvvəl icra başçısının oğlu cəbhə xəttində olub və burada hərbçilərlə görüşüb. S.Məmmədzadə görüşdən çəkilmiş bəzi fotoları sosial şəbəkələrdə yerləşdirib.
Virtualaz.org saytı xatırladır ki, bu məsələni ilk dəfə haqqin.az saytı gündəmə gətirib. Sayt məmur oğlunun cəbhə xəttində apardığı piarla bağlı suallar qoyub. Məsələn, belə:
İcra başçısının oğlunun özü hərbi xidmətdə olubmu?
Onun baş çəkdiyi hərbi hissə ön xəttə yaxındır, yoxsa arxada - nisbətən təhlükəsiz yerdədir?
Məmur oğlu hərbi hissələrə tez-tez baş çəkir, yoxsa bayramdan bayrama, saytlar üçün şəkil çəkdirmək məqsədilə?
Onun dizə qədər (?-red) qazılmış səngərdə əsgərlərlə şəkil çəkdirib yaymasının, bundan xəbər hazırlatdırıb saytlara yerləşdirməsinin məqsədi, mənası nədir?
Biznesmen, fermer, zəngin biri olmadığı bəlli olan, daha doğrusu, rəsmən açıqlanmayan məmur balası bütöv bir bölüyün əsgərlərinə apardığı hədiyyələri hansı hesaba alıb? Məmur atasının pulunamı?
Oğul Məmmədzadə ilə ata Məmmədovun eyni gündə səngərdə olub əsgərlərlə şəkil çəkdirməsi, bundan xəbər düzəltdirib cüzi zaman fərqi ilə yayması nə deməkdir?
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.