“Ermənistana sanksiyalar tətbiq edilməlidir“ - DEPUTAT
“Beynəlxalq təşkilatlar öz təməl prinsiplərinə göz yumaraq Ermənistanı təcavüzkar kimi sülhə məcbur etmirlər”
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə söyləyib.
O, Ermənistana qarşı sanksiyaların tətbiq edilməli olduğunu deyib:
“Azərbaycan hər zaman çalışır ki, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın qeyri-qanuni hərəkətlərinə cəlb eləsin. Bilirsiniz ki, Ermənistanın cəbhənin təmas xəttində atəşkəsi sərt şəkildə pozması məsələsi ilə bağlı artıq Avropa Şurasının müvafiq qərarı var. Məruzəçilik müəyyənləşdirilib. Məruzəçi də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı olan məruzə üzərində işləyir. Bu, Avropa Şurasında yüksək müzakirə mövzusu olacaq.
Biz həmçinin istəyirik ki, bu cür müzakirələr həm Avropa Parlamentində, həm ATƏT-in Parlament Assambleyasında keçirilsin. Bu gün qəribə vəziyyət yaranıb. Beynəlxalq təşkilatlar öz təməl prinsiplərinə göz yumaraq Ermənistanı təcavüzkar kimi sülhə məcbur etmirlər. Bunun üçün isə ən mühüm qərar Ermənistana qarşı müvafiq qərarlar və sanksiyaların qəbul edilməsidir. Ukrayna hadisələri ilə bağlı Rusiya sanksiyalar tətbiq edildiyi kimi, Ermənistana da tətbiq edilməlidir”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.