banner
banner

Dünya

Bəşər Əsəd Suriya böhranının həlli yolunu açıqladı

Bəşər Əsəd Suriya böhranının həlli yolunu açıqladı
“Suriya böhranının həlli üçün danışıqlar kimlə gəldi yox, yalnız real təsir gücünə malik olan, quruda terrorçularla mübarizə apara biləcək siyasi qüvvələrlə aparılmalıdır. Suriya hökuməti təsir gücünə malik deyil”.
 
APA-nın xəbərinə görə, bunu Suriya prezidenti Bəşər Əsəd “Komsomolskaya pravda” nəşrinə müsahibəsində deyib.  
 
“Məsələ onda deyil ki, kimlə gəldi danışıqlar aparılsın, dialoq  real təsir gücünə malik olan, vəziyyəti dəyişə biləcək qüvvələrlə qurulmalıdır. Təsəvvür edək ki, biz Suriyada və ölkə hüdudlarından kənarda olan, vətənpərvər olan və ya olmayan bütün müxalif qüvvələri toplamışıq. Fərz edək ki, biz onlarla hər şey barədə razılığa gəlmişik. Və “Bu Suriya üçün gözəl gələcəkdir”, - deyə bəyanat vermişik. Məsələ ondadır ki, onlardan kim  terrorçuların hərəkətlərinə təsir edəcək?”, - deyə Əsəd bildirib.
 
“Biz bilirik ki, bu terrorçuların əksəriyyəti “Əl Qaidə”, İŞİD, “Ən Nüsrə”, “Əhrar əş-Şam” kimi qeyri siyasi təşkilatlarla əlaqəli olan qruplaşmaların üzvüdür. Onları vəhhabi ideologiyasından başqa heç bir ideologiya maraqlandırmır. Bu o deməkdir ki, siyasi müxalifətlə hər hansı danışıqlar vəziyyəti dəyişməyəcək. Məhz bu problemin əsas tətəfidir”, - deyə Suriya prezidenti qeyd edib.  
 
Bəşər Əsəd bildirib ki, Suriya hökumətinin vəziyyətə təsir edə biləcək öz üsulları var: “Biz terrorçularla mübarizə aparırıq. Bəs bütün bu müxalifət nə edə bilər? Məsələ bundadır. Və mənim bu suala cavabım yoxdur. Onlar nəyə qadirdir olduqlarını və nə edə biləcəklərini özləri deməlidir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.