Tramp Klintona narkotik testdən keçməyi təklif etdi
ABŞ prezidentliyinə namizəd Hillari Klinton ümummilli debatlarda daha yaxşı çıxış etmək üçün xüsusi preparatlar qəbul edib. Sonuncu debatdan əvvəl hər iki namizəd dopinq testdən keçməlidir.
RİA Novosti-nin verdiyi xəbərə görə, bunu ötən gün Nyu-Qempşirdə tərəfdarları qarşısında çıxışı zamanı Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Mən onda (Hillari Klintonda-red.) nə baş verdiyini anlamıram. Ötən debatların əvvəlində ona sanki nə isə vurmuşdular, sona yaxın isə elə görünürdü ki, sanki onu səhnədən düşürməyi xahiş edirdi. O özünü avtomobilinə kimi güclə çatdırdı”, - deyə Tramp qeyd edib.
O özünün və rəqibinin seçkiqabağı mübarizəsini idmançıların mübarizəsinə bənzədib. “Yüngül atletika idmançılarını dopinq testdən keçməyi məcbur edirlər. Mən hesab edirəm ki, debatlardan əvvəl bizdə yoxlanışdan keçməliyik. Mən şəxsən bunu etmək istəyirəm”, - deyə namizəd əlavə edib.
“Dostlar, dünyada çox şeylər baş verir. Mən hesab edirəm ki, ona preparatlar yeridirlər. Həqiqəti bilmək istəyirsiniz? Çərşənbəyə (oktyabrın 19-da yekun debatlar keçiriləcək-red.) hazır olması üçün ona indidən preparatlar verməyə başlayıblar”, - deyə Tramp bildirib.(APA)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.