banner
banner

Dünya

Mövlud Çavuşoğlunun qardaşı qəzaya düşdü - AYAQLARI QIRILDI

Mövlud Çavuşoğlunun qardaşı qəzaya düşdü -

Antaliyanın Serik Mahalında ağır yol qəzası baş verib.

Qəza dünən səhər saatlarında qeydə alınıb.

Qəzada mikroavtobus sürücüsü Muzaffer Kaya ilə yanaşı Aydın Çavuşoğlu, 35 yaşlı Nihat Tufan və 37 yaşlı Lyuduyla Tufan adlı şəxslər yaralanıblar.

Hadisə yerinə gələn tibbi briqadaların ilkin müdaxiləsinin ardından yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Milli.az xəbər verir ki, yaralananlardan birinin- Aydın Çavuşoğlunun xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı olduğu açıqlanıb.

Ayaq sümüklərində qırıqlar olduğu deyilən Aydın Çavuşoğlunun Aralıq dənizi Universiteti Xəstəxanasında müalicəsi davam etdirilir.

Qəza törədən mikroavtobusun sürət indikatorunun (spidometr) 180 kilometrdə qaldığı görünüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.