banner
banner

Hərbİ

İranın iki hərbi gəmisi sabah Bakıya gələcək

İranın iki hərbi gəmisi sabah Bakıya gələcək

İranın Xəzər donanmasının iki hərbi gəmisi Bakıya gələcək. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, "Dəməvənd" esminesi və "Coşan" raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq.

Tanışlıq xarakterini daşıyan səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olacaqlar və bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ümumilikdə Bakıya bu gəmilərin 200 nəfərlik heyəti gələcək.

Gəmilər Bakıda 3 gün müddətində qalacaqlar. (“Report”)

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.