banner
banner

Dünya

Türkiyədə polislər atəşə tutuldu - 3 yaralı

Türkiyədə polislər atəşə tutuldu - 3 yaralı

Türkiyənin Mersin vilayətində kimlik yoxlayan polislər atəşə tutulub. 


Musavat.com-un məlumatına görə, hadisə nətinəsində 2-i polis olmaqla 3 nəfər yaralanıb. Əldə edilən məlumata görə, terror təşkilatına aid əşyaların olduğu avtomobilin nömrəsi və hərəkət istiqaməti polisə bildirilib. Məlumatı alan polis həmin avtomobili saxlayıb. Bu zaman maşında olanlar polislərə atəş açmağa başlayıb. 
 
Yaralılar xəstəxanaya çatdırılıb. Silahlı şəxslər isə hadisə yerindən qaça bilib. Əraziyə çox sayda polis cəlb edilib. Silahlıların yaxalanması istiqamətində əməliyyatlar davam edir.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.