banner
banner

Dünya

Nigeriyada silsilə hücumlar: azı 40 ölü

Nigeriyada silsilə hücumlar: azı 40 ölü

Nigeriyada ötən həftənin sonunda fulanı maldarları tərəfindən həyata keçirilmiş silsilə hücumlar nəticəsində azı 40 nəfər öldürülüb. 

 
"Report" xəbər verir ki, bu barədə "Accosiated Press" məlumat yayıb. Agentliyin məlumatına görə, hücumlar Kadun ştatında şənbə və bazar günləri baş verib. Fulaninin köçəri maldarlarının və Nigeriya kəndlərinin oturaq sakinləri arasında düşmənçilik daimi xarakteri daşıyır. Mal-qara üçün su və yem axtarışlarında olan köçərilərin sürülərini yerli icmalara aid olan otlaqlara gətirmələri tez-tez münaqişəyə səbəb olur. 
 
Yalnız son bir neçə ildə belə münaqişələrdə minlərlə insan həlak olub.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.