banner
banner

Gündəm

İlham Əliyev: “Bilirsiniz, pul çox olanda...”

İlham Əliyev: “Bilirsiniz, pul çox olanda...”

Hazırda Azərbaycanın əsas vəzifəsi ixracı şaxələndirmək və milli məhsulları xarici bazarlara çıxarmaq, bununla da neftin ucuzlaşması nəticəsində üzləşdiyi valyuta itkilərinin yerini doldurmaqdır.

Virtualaz.org xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla müsahibəsində deyib. Kiselyov oktyabrın 17-də Bakıda İlham Əliyevdən müsahibə alıb, agentlik müsahibədən fraqmanetləri az əvvəl yaymağa başlayıb.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan 2017-ci il büdcəsində neftin qiymətini 40 dollardan götürüb və qiymətin bundan aşağı düşəcəyini ehtimal etmir. “Bu il biz büdcədə nefti 25 dollardan götürmüşdük və nəticədə ili profisitlə başa vururuq. Hesab edirik ki, 40 dollardan aşağı düşməz. Ona görə də neftin indiki qiymətləri bizə hansısa əlavə çətinliklər yaratmayacaq. Yeganə budur ki, biz dövlət investisiya xərclərini ixtisar etməli olmuşuq”-prezident deyib.

İlham Əliyevin sözlərinə görə, ola bilsin bu, həm də yaxşıdır. “Çünki həddən çox investisiya həddən çox tələbat deməkdir. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından da çoxlu sifarişlər daxil olur. Ona görə də neft qiymətləri ilə bağlı bu böhran bizi hətta bir az ayıltdı, göstərdi ki, vəsaitləri çox qənaətlə xərcləmək lazımdır. Biz də elə bunu edirik”-prezident bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.