İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş "qanuni oğru" Rövşən Lənkəranskinin bu ölkədəki əmlaklarıyla bağlı araşdırmaya başlayıb.
“Sputnik”in məlumatına görə, polis Lənkəranskiyə aid iki otelin yerini müəyyənləşdirib. İtaliyanın cənnət bölgələrindən sayılan Salerno yaxınlığındakı Pozitano qəsəbəsində yerləşən “Le Sirenuse” və “Hotel Covo dei Saraceni” otelləri Lənkəranski tərəfindən nəğd qiymətə alınıbmış. "Qanuni oğru" bu otellərə üst-üstə 101 milyon avro pul ödəyib.
Məlumata görə, “Covo dei Saraceni” oteli Lənkəranskinin kriminal aləmdəki müttəfiqi Şeyx Həmzət adyıla tanınan Xamzat Qastamirovun xanımının, ikinci otel isə Rövşənə yaxın qohumlarından birinin adına keçirilib.
2014-cü ildə İtaliya azərbaycanlı kriminal avtoritet barəsində beynəlxalq axtarış elan edəndən sonra Lənkəranski adıgedən otellərdən başqa İtaliyada nəğd pulla aldığı restoranları və daha dörd koteci də Qastamirovun adına keçirməyə nail olub.
Xatırladaq ki, həmin vaxt Rövşən Lənkəranski mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək, İtaliya tərəfindən axtarışa verilmişdi.
Məlumata görə, adıgedən daşınmaz əmlak siyahısı bununla bitmir. Lənkəranskinin Berlində, Hamburq və Münhendə də belə əmlakları var. Və onların idarəçiliyi də Qastamirov tərəfindən həyata keçirilir.
Bu o Qastamirovdur ki, bir qədər əvvəl elə həmin Berlində türk və çeçen kriminal dairələrini başına yığaraq Rövşən Lənkəranskinin qisasının alınacağını bildirmişdi. Başqa bir məlumata görə, Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan türk mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib.
Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Tezliklə İtaliya mafiyasının boslarından sayılan Matteo Messina Denaro (ləqəbi “Dyabolik”) və Bernardo Provenzano da Şeyxə dəstək verəcəklərini bildiriblər.(lent.az)
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.