banner
banner

Gündəm

“Rabitə çete”si üzvünün azadlığının “sirri”

“Rabitə çete”si üzvünün azadlığının “sirri”
Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətulla Seyidovun məhkəmə zalından azad olunmasının bəzi təfərrüatları bəlli olub. “Yeni Müsavat”a daxil olan məlumata görə, F.Seyidov azadlığı əməlləri nəticəsində dövlətə vurulmuş ziyanı 2 qat ödəməsi müqabilində qazanıb. 
 
Onun ümumilikdə 1 milyon 500 min manat qarşılığında azad edildiyi haqda məlumatlar var. F.Seyidovun azadlığa buraxılmasında onun və digər təqsirləndirilən rabitəçilərin işi üzrə keçirilən proseslərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, birbaşa sabiq nazir Əli Abbasovu hədəfə alan ifadələrinin də rolu olub. Ümumiyyətlə, həbsindən sonra F.Seyidov istintaqla aktiv şəkildə əməkdaşlıq edib və bu nəzərə alınıb.

İlkin olaraq onun aktivliyi qarşılığında Məhkumların Müalicə Müəssisəsinə köçürülməsinə icazə verilib. Bakı İstintaq Təcridxanasından saxlama şəraitinə görə çox fərqlənən Müalicə Müəssisəsində 4 ay saxlanılan F.Seyidov son nəticədə məhkəmədəki çıxışları və pul ödəməsi nəticəsində şərti cəza verilməsinə nail ola bilib.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
 
Bu araşdırmalar çərçivəsində BTRİB-in Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov barəsində Binəqədi Rayon Məhkəməsi həbs-qətimkan tədbiri seçmişdi. Onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham verilmişdi. 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.