banner
banner

Dünya

Hərbi maşın aşdı, ölən və yaralananlar var

Hərbi maşın aşdı, ölən və yaralananlar var
Bu gün Gürcüstanın Kaxeti bölgəsində Dedopliskaro-Siqnaxi-Tiflis avtomobil magistral yolunda qəza baş verib.
 
APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə,  yol-nəqliyyat hadisəsi zamanı “KAMAZ” markalı hərbi avtomobil aşıb. Məlumata görə, avtomobildə 37 hərbçi olub, onlardan biri ölüb. Hadisə zamanı xəsarət alan hərbçilər Dedopliskaro və Tsnori xəstəxanalarına yerləşdirilib. Xəsarət alan 5 əsgər isə Tiflisdə müalicə olunacaq. Onların həyatı üçün təhlükə yoxdur.
 
Hadisədən xəbər tutan Gürcüstan Müdafiə naziri Levan İzoria dərhal Dedopliskaroya yola düşüb. Nazir hərbçilərə baş çəkib və onların vəziyyəti ilə maraqlanıb. Müdafiə naziri hadisə nəticəsində ölən hərbçinin ailəsinə başsağlığı verib.
 
Hadisə ilə bağlı Gürcüstan CM-nin 276-cı maddəsi ilə araşdırma başlayıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.