banner
banner

Gündəm

Şarcadan Bakıya loukoster reysləri açılır

Şarcadan Bakıya loukoster reysləri açılır

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Bakıya birbaşa aviareys açılır.

"Air Arabia" aşağı büdcəli aviaşirkəti gələn il martın 23-dən həftədə 4 dəfə Şarca beynəlxalq hava limanından Bakıya və əks istiqamətə uçuşlar həyata keçirəcək.

Təyyarə həftənin cümə axşamı və bazar günləri saat 07:55-də Şarcadan havaya qalxacaq, yerli vaxtla 10:50-də Heydər Əliyev beynəlxalq hava limanına enəcək. Həmin günlərdə Bakıdan uçuş 11:30-da başlayacaq, Şarcaya eniş yerli vaxtla 14:10-da olacaq.

Həftənin çərşənbə axşamı və şənbə günlərində isə təyyarə Şarcadan saat 02:55-də qalxacaq, 05:50-də Bakıya enəcək. Əks istiqamətdə aviareys 06:50-də həyata keçiriləcək, Şarca hava limanına 09:30-da çatacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.