banner
banner

Dünya

Hindistanda baş vermiş atışmada 18 silahlı öldürülüb

Hindistanda baş vermiş atışmada 18 silahlı öldürülüb
Hindistanın şərqi Odişa ştatında polislə silahlı qruplaşma üzvləri arasında baş vermiş atışmada 18 cinayətkar öldürülüb.
 
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Məlumata görə, atışma Malkanqri rayonunda – Odişa-Bxubaneşvar ştatının mərkəzindən 650 kilometr cənub-qərbdə baş verib. "Bu gün Andxra-Pradeş və Odişinin birləşmiş xüsusi polis dəstələri azı 18 naksaliti məhv ediblər" – deyə polis məmuru bildirib.
 
Onun sözlərinə görə, atışma birgə komandanın meşə ərazisində axtarış əməliyyatı apararkən, gecə saatlarında baş verib. Əməliyyat zamanı həmçinin 2 polis əməkdaşı da yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
 
Qeyd edək ki, naksalitlər Hindistanda silahlı kommunistlərin, maosistlərin qeyri-rəsmi adıdır.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.