Türk aktrisa Gizem Karaca sevgilisi Kemal Ekmekçi ilə 2017-ci ildə evlənəcəyini açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa sevgilisi ilə hələ nişanlanmadığını, lakin ailələrin tanış olduğunu deyib.
Sonuncu dəfə “İstanbul sokakları” serialında rol alan Gizem, yeni serialın hazırlıqlarına başladığını da deyib:
“İntiqamdan bəhs ediləcək serial olacaq. Aktyor heyəti tam bəlli olmayıb. Amma Merve Boluğur və Yusuf Çimin həmin serialda olacağı dəqiqdir. Çox həyəcanlıyam”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.