banner
banner

Gündəm

Şəmkirin təhsil bossu barədə sensasion -İDDİALAR

Şəmkirin təhsil bossu barədə sensasion -İDDİALAR

Şəmkir rayonunda təhsil sahəsindəki ciddi problemlər barədə dəfələrlə yazılıb.

Dövlət büdcəsindən ayrılan pullar hara xərclənir?

Problemlər əsasən rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinskinin yarıtmaz fəaliyyətilə izah edilir. Hələ bir neçə il əvvəl mediada yayılan məlumatlarda Məcid Şıxlinski korrupsiyada ittiham edilirdi. Məlumatlarda bildirilirdi ki, Məcid Şıxlinski həmin vaxt rayonun maliyyə idarəsinin rəisi Hazim Məlikovla əlbir olaraq dövlət büdcəsindən ayrılan vəsaitləri qaranlıq məqsədlərə xərc edib. Vəsaitlər əsasən kənd məktəblərinin cari təmiri, müxtəlif avadanlıqların alınması adı altında mənimsənilir.

Təmir yoxsa talan?

Hər il məktəblərin təmiri adı altında büdcədən pul ayrılsa da, təhsil ocaqları bərbad vəziyyətdədir.

Məlumat üçün deyək ki, Şəmkir rayon Təhsil Şöbəsinin nəzdində 9 şəhər, 8 qəsəbə, 61 kənd, ümumilikdə isə 78 orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 3 mindən cox müəllim işləyir. Bu statistika Şəmkir təhsilində korrupsiyanın hansı səviyyədə olması təsəvvür yaradır.

Saxta dərs bölgüsü və savadsız müəllimlər...

Bundan başqa, Məcid Şıxlinskinin kənd orta məktəblərində işləyən bir çox müəllimlərin adına artıq dərs saatları yazdığı iddia olunur. Müəllimlər də gələcəkdə yüksək əmək haqqı ilə təqaüd almaq üçün saxta dərs bölgüsünə maraq göstərirlər. Bu bölgü təbii ki, havayı aparılmır. Artıq dərs saatı istəyən müəllimlər Məcid Şıxlinski ilə hesablaşmalıdır.

Milli.az saytında Şəmkirin icra başçısının müavini Sona Əliyeva barəsində dərc olunmuş məktub da maraqlıdır. "Şəmkir rayonunda çox göstərmə işlər baş verir. Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski dövlətdən, millətdən çox sevdiyi pulu üstün tutur. O, Ə.Cavad adına orta məktəbdə biologiya müəllimi işləyən savadsız Əliyeva Sona Sakit qızına pul ilə müəllimlərin respublika müsabiqəsində laureat adını almasını təşkil edərək əvəzində 10 min manat almağa müvəffəq oldu. Sona Əliyevanın müəllimlik stacı doqquz il olmasına baxmayaraq, onun müəllim işlədiyi 6-cı ildə "Əməkdar müəllim" fəxri adı verildi. Bu əməliyyatları apararkən Məcid Şıxlinski Sona xanıma verilən "laureat" adı üçün on min manat, "Əməkdar müəllim" adı üçün isə on beş min manat rüşvət almışdı. Sona Əliyevanın cəmi doqquz il pedaqoji stacı var. Sona xanım bu doqquz ildə həm də evlənərək üç uşaq anası olub. Üç il analıq məzuniyyətində olub", - deyə həmin məktubda bildirilir.

Sona Əliyeva özü ilə bağlı ittihamları rədd etsə də, Məcid Şıxlinskinin bu məsələdə də səsi çıxmayıb.

Bu günlərdə isə şöbə müdiri ilə bağlı Cia.az-a daha bir sensasion məlumat daxil olub. Məlumatda iddia edilir ki, Məcid Şıxlinski gənc müəllimələrdən birinin ailəsini dağıdıb. Bundan sonra həmin müəlliməni kəndlərdən birində fəaliyyət göstərən orta məktəbə direktor təyin edib. Həmin müəllimənin adı bizə bəlli olsa da, müəyyən səbəblərdən açıqlamırıq. Onu da qeyd edək ki, bu məsələni ailə-məişət kontekstində ictimailəşdirmək kimi niyyətimiz yoxdur. Sadəcə Məcid Şıxlinskinin təyinatlarının hansı şəkildə baş verdiyinə diqqət çəkmək istəyirik.

Məcid Şıxlınski 10 ildən artıqdır ki, Şəmkir rayon Təhsil Şöbəsinə rəhbərlik edir. Bəs nədən fəaliyyəti barəsində bu qədər faktlar dərc edildiyi halda onunla bağlı heç bir tədbir görülməyib? Cia.az-ın araşdırmaları nəticəsində bəlli olub ki, Məcid Şıxlinskinin toxunulmazlıq statusu qazanması onun Binəqədinin icra başçısı Xaləddin İbrahimov tərəfindən himayə olunması ilə bağlıdır. Bəs bir icra başçısı bu qədər qüdrətli ola bilərmi? Vergilər naziri Fazil Məmmədovun qohumudursa, olar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.