6 ildir dünyanın ən çox izlənilən serialı olan "Taxt oyunları"nın ("Game Of Thrones") ssenarisi yayılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ekran işinin 7-ci mövsümündə baş verəcəkləri "Free Folk" adlı istifadəçi sosial mediada paylaşıb. O, paylaşımı silsə də, ssenari qısa müddətdə internetdə yayılıb.
Serialda "Missandei" obrazını canlandıran Natali Emmanuel Tvitterdə bununla da yeni seriyaların bütün dadının qaçdığını yazıb. Aktrisanın bu sözləri yayılan məlumatların doğru olduğunu isbatlayıb.
Qeyd edək ki, "Taxt oyunları"nın 7-ci mövsümü 2017-ci ilin yayında yayımlanacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.