banner
banner

Gündəm

Bakıda BMT Günü qeyd olunub

Bakıda BMT Günü qeyd olunub
Bakıda BMT və BMT İşçisi günləri ilə əlaqədar rəsmi ziyafət təşkil edilib. 
 
"Report"un məlumatına görə, tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai bildirib ki, onun təmsil etdiyi qurum ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. BMT-nin Azərbaycandakı Ofisinin 1992-ci ildə açıldığını xatırladan Q.İsaqzai deyib ki, təşkilat Azərbaycanda həyata keçirilən layihələrə, xüsusi ilə Milli Koordinasiya Şurasının yaradılmasına dəstək verməyə hazırdır. 
 
O, bildirib ki, bu Şura BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə yol açacaq. Q.İsaqzai çıxışında, həmçinin Parisdə İqlim sazişinin imzalanmasından danışıb və onun əhəmiyyətini vurğulayıb. Rezident-əlaqələndiricisi bildirib ki, bu saziş noyabrın 4-də qüvvəyə minəcək və əlavə edib ki, onda olan məlumata əsasən, bu yaxınlarda Azərbaycan parlamenti də bu sazişi ratifikasiya etməlidir. Q.İsaqzai eyni zamanda BMT-nin vacib bir mərhələyə qədəm qoyduğunu, Antonio Quttereşin bu yaxınlarda qurumun sayca 9-cu baş katibi olacağını qeyd edib. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Q.İsaqzaini BMT Günü münasibətilə təbrik edib, quruma gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
 
O, rəhbərlik etdiyi qurumun BMT-yə daim dəstək verməyə hazır olduğunu deyib. Tədbir Masallı rayonundan olan folklor rəqs və mahnı qruplarının çıxışları ilə davam etdirilib.
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.