Bu gün Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin birgə iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, son 15 ildə Azərbaycanda yaşıllaşdırmanın miqyası 11,4 faizdən 11,8 faizə qalxıb: “Yalnız son 8 ildə 4 min hektardan artıq ərazi bərpa edilərək 5 mln. ağac əkilib. Müəyyən hallarda ağacların kəsilməsi faktları da olur, bunun dərhal qarşısını alırıq. Amma ümumilikdə ölkədə yaşıllaşdırma çox sürətlə artır və biz bu sahədə xeyli nailiyyətlər əldə etmişik. Azərbaycanda yaşayıb azərbaycanlı olmayanlar xaricə donoslar yazırlar ki, guya Azərbaycanda meşələr qırılır. SSR zamanında 150 min hekrata yaxın sovxoz meşələri olub. 1995-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən həmin sovxoz- kolxoz meşləri Meşə Təsərrüfatı Birliyinı verilməli idi. Bu gün nədənsə o meşələrin 80 min hektara yaxını hələ də bizə verilməyib. Bu qanuna dəyişiklikdən sonra sahibsiz qalmış meşələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcək”.
Nazir müavini qeyd edib ki, nazirlik 9 ay ərzində 146 nəfəri 274.200 manat cərimələyib: “154 fakt üzrə iş hüquq mühafizə orqanlarına göndərilib, 16 iş isə məhkəməyə verilib”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.