banner
banner

Dünya

Almanların üçdə biri Rusiya ilə müharibənin başlanacağını düşünür

Almanların üçdə biri Rusiya ilə müharibənin başlanacağını düşünür
Almaniya əhalisinin üçdə biri Rusiya ilə müharibənin başlanacağından ehtiyat edir. 
 
"Report" xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine" qəzeti Fors tədqiqat institutunun sorğusunun nəticələrinə əsasən xəbər yayıb. Məlumata görə, sorğuda iştirak etmiş respondentlərin 64 faizi Rusiya Federasiyası ilə müharibənin başlanacağından qorxmadıqlarını bildiriblər. Sorğunun nəticələri həmçinin göstərib ki, almanların 41 faizi Qərb ölkələri ilə Rusiyanın münasibətlərinin pis olduğunu düşünür. Əlli bir faiz respondent isə hesab edir ki, münasibətlər bir qədər yaxşıdır. 
 
Sorğuda iştirak edənlərin cəmi 6 faizi bu münasibətləri yaxşı adlandırıb. Almaniya əhalisinin 84 faizi kansler Angela Merkelin Rusiya prezidenti Vladimir Putinlə dialoq aparmasını doğru sayır. Əhalinin 14 faizi isə bunu mənasız sayır. 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.