banner
banner

Hərbİ

Azərbaycan Hərbi-Hava Qüvvələrinin Təlim Məşq Poliqonu istifadəyə verilib

Azərbaycan Hərbi-Hava Qüvvələrinin Təlim Məşq Poliqonu istifadəyə verilib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin inkişafı çərçivəsində Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və təlim-tədris sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilən Təlim Məşq Poliqonunun açılışında iştirak edib. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində ucaldılan ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Təlim Məşq Poliqonunun tədris-maddi bazasının təyinatı və məşğələlərin təşkili prosesi ilə maraqlanan Müdafiə nazirinə məruzə olunub ki, yüksək texnologiyalar əsasında yaradılan mərkəzdə hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin hazırlığı, real aviasiya və hədəflərə qarşı praktiki məşqlər, eləcə də müxtəlif tapşırıqlar icra olunur.

Bildirilib ki, kompüter avadanlıqları və müasir avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş tədris korpusundakı aviasiyanın döyüşü idarəetmə, radiolokasiya, raket tuşlama, rabitə, taktiki və digər siniflərdə mərhələli təlim prosesi həyata keçirilir.

Zenit-raket, radiotexniki birləşmə və hissələrin, ordu birliklərinin hava hücumundan müdafiə bölmələrinin döyüş heyətlərinin praktiki hazırlığı üçün təlim meydançalarındakı tədris nöqtələrində olan Müdafiə nazirinə hərbi texnikanın istifadəsi ilə təlim-məşq prosesi nümayiş etdirilib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.