banner
banner

Dünya

ABŞ-da erkən prezident seçkilərində 3 nəfər həbs olundu

ABŞ-da erkən prezident seçkilərində 3 nəfər həbs olundu

ABŞ-ın Virciniya və Florida ştatlarında polis erkən prezident seçkiləri proseduru zamanı saxtakarlığa yol verilməsi ittihamı ilə 3 nəfəri həbs edib. “Fox News” telekanalının verdiyi məlumata görə, Florida ştatında 2 qadın saxlanılıb.

Seçki məntəqəsinin 74 yaşlı əməkdaşı Qlaqos Kogqo qəsdən düzgün olmayan seçki sənədlərini qeydiyyata almaqda günahlandırılır. Saxlanılanlardan Tomiqa Korqelə gəlincə, o, erkən seçkilər zamanı ölən 5 şəxsin səsini qeydiyyata almaqda ittiham edilir.

Virciniyada isə afroamerikalı Vafalay Massaki mövcud olmayan seçiciləri qeydiyyatdan keçirməkdə günahlandırılır. Onu 40 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Telekanal bildirir ki, Virciniya və Florida ştatları hazırda respublikaçıların namizədi Donald Tramp və demokratların namizədi Hillari Klintonun bir-biri ilə müqayisədə açıq üstünlüyə malik olmadıqları əsas ştatlar sırasındadır.(APA)

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.