Ən dövrün ən məşhur modellərindən olan Cici Hadid "Guess" firmasının yaz kampaniyasının tanıtım siması olub.
Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, 19 yaşlı, ərəb əsilli model markanın geyimlərini seksual fotolarla təqdim edib.
Qeyd edək ki, Cici Hadid 1995-ci ildə fələstinli ailədə dünyaya gəlib. “Ritz-Carlton” şirkətlər birliyinin sahibi Məhəmməd Hadidin qızı olan Cici hər zaman cəsarətli və açıq-saçıq fotolarıyla seçilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.