banner
banner

Dünya

Hər şey Türkiyədən asılıdır - Jirinovski

Hər şey Türkiyədən asılıdır - Jirinovski
Rusiyanın paytaxtı Moskvada Türkiyə Cümhuriyyətinin yaranmasının 93 illiyi ilə bağlı tədbirdə Kreml sözçüsü Dmitri Peskovun qızı Yelizaveta Peskova və Liberal Demokrat Partiyasının lideri Vladmir Jirinovski də iştirak edib.
 
Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Jirinovski iki ölkə arasındakı əlaqələrdən danışıb:
 
“Son zamanlarda iki ölkə arasında münasibətlər düzəlib. Bunu rus və türk xalqı istəyirdi. Ötən payızda olan hadisə xəta idi. Bu, daima günəşli bir yerdə qəfildən buludların çıxmasına bənzəyirdi. Mükəmməl imkanlarımız var. Hər şey Türkiyədən asılıdır. Yenə ora-bura gedərsə, vəziyyət qəlizləşəcək. Məsələn, Filippin və Çin Rusiyanı seçdi, bununla da məsələ həll olundu. Türkiyə üçün Rusiya ilə güclü münasibətlərə sahib olmaq son dərəcə faydalıdır. Yalnız bu yolla Ankara Suriyada, kürd məsələsində və İraqda rahat nəfəs alacaq. Rusiyaya hər yerdə ehtiyac var. Çin, Avropa və ABŞ-da belə. Türkiyə bizimlə dost olsa, daha yuxarı çıxacaq. Rusiya, Türkiyə, İran və bəlkə Suriya və İraqdan ibarət bir birlik quruldu. Eynilə Avropa Birliyi kimi. Onlar niyə güclüdür? Çünki Birlikdə 28 ölkə var”. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.