banner
banner

Gündəm

Milyardı Xəzərdə batıran Hacı İbrahim: “Yas yerinə də “Stefano Ricci” geyinirəm...”

Milyardı Xəzərdə batıran Hacı İbrahim:

İflasa uğramış fantastik “Xəzər adaları” layihəsinin müəllifi, ekstravaqant  iş adamı Hacı İbrahim Nehrəmli növbəti dəfə özünün qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Virtualaz.org xəbər verir ki, utopik layihəyə 1 milyard 200 milyon dollara yaxın vəsaiti, o cümlədən Azərbaycan Beynəlxalq Bankının yüz milyonlarla dollar kreditini xərcləyib batıran Nehrəmli özünün dəbdəbəli geyimləri ilə lovğalanır. Deyir ki, hətta yas gerinə gedəndə də başdan ayağa “Stefano Ricci” brendindən geyinir. Və hamı ona baxıb “Hacı İbrahim yenə təəcübləndirdi” deyir.

“Mənim bütün geyimim “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” (Louis Vuitton brendi nəzərdə tutulur, ancaq bəlli olmur ki, brendin adını bu cür jurnalist təhrif edib, yoxsa nehrəmli İbrahim)  kimi tanınmış 4 brenddəndir”-nehrəmli Hacı İbrahim ölkə.az saytına müsahibəsində bildirir: “Bu brendlərin arasında isə ən çox “Stefano Ricci”-dən geyinirəm. Geyimimi özüm seçirəm. Hər zaman çalışıram ki, zövqlə geyinim. Geyimi hər zaman özüm almağı sevirəm. Geyindiyim paltarları isə həm xaricdən, həm də Azərbaycandan alıram. Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”.

İbrahim Nehrəmli bahalı saatlar taxmağı xoşladığını da vurğulayıb: “Saatlarım “Vacheron Constantin” kimi dünyanın tanınmış brend firmalarındandır”.

Hacı İbrahim yas yerinə də tanınmış brendlərdən geyinib getdiyini deyir:“O gün bir yas yerinə getmişdim, başdan ayağa “Stefano Ricci”-dən geyinmişdim. Ayaqqabımın da üzərində “Stefano Ricci” yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də “Stefano Ricci” geyinirəm”.

Bu həmin Hacı İbrahimdir ki, cəmi bir neçə ay əvvələ qədər tez-tez yolunu “Bandotdel”dən-DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən salmalı olurdu. Və orada hörmətli hacı ilə deyəsən heç də nəzakətlə davranmırdılar. Virtualaz.org-a məlumat verən mənbələr bu idarənin divarları arasında nehrəmli iş adamının başına gələnlər haqda qorxunc şeylər danışırdılar. Ondan tələb edilirdi ki, Azərbaycan Beynəlxalq Bankından aldığı yüz milyonlarla dollarlıq krediti qaytarsın. 

Hacı bu kreditləri qaytara bildimi? Əlbətdə, yox. Axı pullar çoxdan Xəzər sularında əriyib getmişdi. Hacı İbrahim “Xəzər adaları”ına 1 milyon 250 milyon dolları (dediyinə görə bunun 1 milyard dolları öz puluymuş) xərcləyib ki, həmin pulların geri qayıtması heç cür ağlasığan deyil. Hazırda “Xəzər adaları” mənasız aktiv kimi Beynəlxalq Bankın girovluğundadır, bank dənizdə salınmış bir neçə süni adanı və onun üzərində inşası yarımçıq qalmış bir neçə binanı kimə satacaq ki, Cahangir Hacıyevin nehrəmli Hacıya ayırdığı pulları geri ala bilsin?

Hacı isə deyəsən yenə öz ampluasındadır-pulları batırsa da dəbdəbəli həyat tərzini dəyişmək niyyətində deyil. Əgər o, “Stefano Ricci”nin dəyəri on minlərlə dollarlıq gödəkçələrini yasa geyinib gedirsə və 150-200 min dollarlıq saat taxırsa görəsən nəyə görə banka olan borclarından da qaytarmır? İstənilən ölkədə Hacı İbrahimin vəziyyətinə düşən normal biznesmen birinci növbədə dəbdəbəyə pul xərcləməyi dayandırıb borclarını ödəmək barədə fikirləşərdi. Bizim Hacı isə belə deyil-o, yenə də dəbdəbəli həyat tərzini dəyişmir, pulları sağa-sola səpələyir və bunu hamıya nümayiş etdirməyə də çəkinmir...

Hansı ki, Beynəlxalq Bankın pulları bir yana qalsın, Hacı İbrahimin "Xəzər adaları"ında işləyən yüzlərlə fəhlə də əmək haqqını ondan ala bilməyib...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.