banner
banner

Hərbİ

Artur Rasizadənin baş çəkdiyi hərbi hissədə yaşayış binası tikiləcək

Artur Rasizadənin baş çəkdiyi hərbi hissədə yaşayış binası tikiləcək

Azərbaycanın baş naziri Artur Rasizadənin və müdafiə naziri Zakir Həsənovun baş çəkdiyi Hərbi Hava Qüvvələrinin (HHQ) "N" saylı hərbi hissəsində zabitlər üçün yaşayış binası tikiləcək.
"Report"un məlumatına görə, bununla bağlı baş nazir və müdafiə naziri hərbi hissədə olarkən göstəriş verilib.
Yaşayış binası 50 mənzilli olacaq.
Xatırladaq ki, 2014-cü ilin dekabr ayında A.Rasizadə və Z.Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub. Yeni tikilən və tam təmir olunan qərargah və döyüş növbəsinin aparılması binalarına, start-komanda məntəqəsinə, əsgər yataqxanasına, uçuş-texniki heyət və əsgərlər üçün nəzərdə tutulan yeməkxanalara, hamam-camaşırxana-qazanxana kompleksinə, nəzarət buraxılış məntəqəsinə və sıra meydanına baş çəkilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.