Rusiyada HƏYƏCAN: “Lotu Quli” birləşmiş mafiyanın yeni xaç atasıdır
Rusiyanın hüquq mühafizə və xüsusi xidmət orqanları paytaxt Moskva və ətraf rayonlarda Azərbaycan mütəşəkkil cinayət şəbəkəsinin görünməmiş aktivliyindən narahatdırlar.
Virtualaz.org xəbər verir ki, bu haqda "Rosbalt" agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbə bildirib.
Mənbənin bildirdiyinə görə, Moskva şəhəri və Moskva vilayətinin şəhər və rayonlarında azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplar görünməmiş dərəcədə aktivləşiblər. Bu, məşhur azərbaycanlı kriminal avtoritet “Lotu Quli” (Nadir Səlifov) və “Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanovun qruplaşmalarının birləşməsindən yaranan yeni cinayətkar sindikatdır.
Xüsusi xidmət orqanlarındakı mənbənin məlumatına görə yeni kriminal konqlomerat bu ilin yayında formalaşıb. Daha sonra ona “Rəşad Gəncinski” kimi tanınan digər kriminal avtoritet Rəşad İsmayılov da qoşulub. “Lotu Quli” yeni kriminal konqlomeratın lideridir və mənbə bildirir ki, hazırda o, ən güclü yaraqlılar “ordusuna” malik olan “vor zakon”dur. Öz növbəsində “Vaqif Bakinski” və “Rəşad Gəncinski” Moskvada iri ticarət mərkəzlərinə və topdansatış bazalarına malik olan iri azərbaycanlı biznesmenlərlə yaxın əlaqələrə malikdir.
Bildirilir ki, yeni klan bir-birinin ardınca Moskva və Moskvaətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır. “Lotu Quli”nin klanı digər kriminal qruplaşmaları Moskva başda olmaqla böyük şəhərlərdən sıxışdırıb çıxarmaqdadır. Mənbə bildirib ki, “Lotu Quli”nin başçılıq etdiyi klan öz qüvvələrini Moskvaya toplayır. Bu proses yeni qanqster müharibəsinin başlamasına səbəb ola bilər. "Rusiya xüsusi xidmət orqanları yaxınlarda ölkənin bir çox şəhərlərində qanlı kriminal qarşıdurmaların olacağından narahatdır", - deyə mənbə bildirib.
Xatırladaq ki, bu günlərdə “Rosbalt” Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən “Rövşən Lənkəranski”nin qətlinin motivlərini açıqlayıb. Məlum olub ki, onu “Vaqif Bakinski”nin klanına daxil olan “göyərti kralı” Canbulat Şamiloğlunun qətlinə görə öldürüblər. “Rövşən Lənkəranski”nin qətlinin “Lotu Quli”nin dəstəyi sayəsində baş verdiyi bildirilir. Mənbə bildirirdi ki, “Rövşən Lənkəranski”nin qətlindən sonra onun aktivləri uğrunda müharibə başlayır. Rəqib qruplaşma onun “krışası” altında olan obyektləri ələ keçirməyə başlayıb.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.