banner
banner

Gündəm

Deputatdan şok açıqlama: “Orta məktəblərdə qızlar da siqaret çəkir”

Deputatdan şok açıqlama:
Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 3-də   keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişiklik edilməsi haqqında layihə müzakirə olunub.
 
Dəyişikliyə əsasən, tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, layihə Milli Məclisə prezident İlham Əliyev tərəfindən göndərilib. Onun sözlərinə görə, təklif edilən düzəlişlər tütün məmulatlarının insanların sağlamlığına zərərli təsirinin qarşısının alınmasına və sağlam həyat tərzinin təminatına yönəldilib. Həmçinin tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. 

Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” Qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. 
 
“Siqaretin reklamı qəti qadağan olmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəklə, ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir”. Modern.az-ın məlumatına görə, bu sözləri deputat Mahir Aslanov deyib. Deputat “Tütün və tütün məmulatı haqqında” Qanuna edilən dəyişikliyə münasibət bildirərək deyib ki, o, 53 il siqaret çəkib. “Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım. Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır”.
 
“Bəzi tələbələr dövlət və özəl ali məktəblərdə siqareti universitetlərin dəhlizlərində çəkirlər. İnanın ki, adamın ürəyi bulanır”. Azvision.az xəbər verir ki, bunu deputat Hüseynbala Mirələmov deyib. 
 
Deputat bildirib ki, televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır: “Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Bu gün televiziyalarda siqaretin reklamını elə göstərirlər ki, istər-istəməz çəkməyən adamda da siqaretə maraq yaranır. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır”. 
 
O, universitetlərin daxilində siqaret çəkən tələbələrin cərimələnməsinin vacibliyini vurğulayıb: “Əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək, inanın ki, o, ümumiyyətlə, siqareti də tərgidər”. 
 
“Təəssüf ki, son zamanlar orta məktəblərdə qızlar arasında siqaret çəkənlərin sayı çoxalıb”. Bunu isə komitə sədrinin müavini Eldar Quliyev deyib. Deputat bildirib ki, Azərbaycanda siqaret çəkən qadınların sayı artmaqdadır: “Orta məktəblərdə siqaret çəkən qızlar da var. Bu baxımdan, orta məktəblərdə buna qarşı kəskin mübarizə aparılmalıdır. Əvvəllər biz buna Rusiya, MDB, Avropa ölkələrində daha çox rast gəlirdik. İndi Azərbaycanda da qadınların siqaretə meylliliyi artıb. Bunun qarşısını almaq üçün təkcə biz valideynlər yox, həmçinin orta məktəblərdə də ciddi nəzarət artırılmalıdır”. 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.