banner
banner

Sosİal

İlham Əliyevin oğlu imtahan verdi

İlham Əliyevin oğlu imtahan verdi

“Prezident İlham Əliyevin oğlu Heydər Əliyev mütəmadi olaraq dərslərdə iştirak edir. O, qış imtahan sessiyasını uğurla başa vurub”.

Bu barədə azvision.az-a ADA Universitetindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, ADA-da təhsil alan bütün tələbələr qış imtahan sessiyasında iştirak ediblər: “Bu il universitetdə qış sessiyasi 15-20 dekabr 2014-cü il tarixində keçirildi. Bakı-2015 Avropa oyunları ilə əlaqədar olaraq imtahanlar daha tez baş tutub. Tələbələrin hər biri imtahanda iştirak edib. Onların biliyinin qiymətləndirilməsi ilə bağlı heç nə deyə bilmərik”.

Universitetdən həmçinin imtahanların keçirilmə qaydaları barəsində də açıqlama verilib: “İmtahanlar əsasən yazılı formada keçirilir. İmtahanın, sualların formatı və sayı dərsi kəçən müəllimdən aslı olaraq dəyişilir”.

Qeyd edək ki, prezident İlham Əliyevin oğlu Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olub. 1997-ci il təvəllüdlü Heydər Əliyev akademiyada beynəlxalq münasibətlər ixtisası üzrə ödənişli əsaslarla təhsil alır.

Bir müddət öncə jurnalistlərə müsahibə verən H.Əliyev oxuduğu ali təhsil müəssisəsində qiymətlərinin yaxşı olduğunu bildirmişdi.









Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.