Müdafiə Nazirliyi: Azərbaycan ordusunun təlimləri erməniləri qorxuya salıb
Azərbaycan Silahlı Qüvvələrinin planlaşdırılan irimiqyaslı təlimləri heç şübhəsiz erməni tərəfini qorxuya salıb. Bu, Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, beynəlxalq səviyyədə vasitəçilərin münaqişə ilə bağlı qəbul etdikləri qərarlara hörmətlə yanaşaraq Silahlı Qüvvələrimiz təlimləri ölkəmizin sərhədləri çərçivəsində, öz ərazilərimizdə bütün qoşun növlərinin cəlb olunması ilə keçirir və burada beynəlxalq tələblərin pozulmasından söhbət gedə bilməz.
Əgər beynəlxalq strukturlar, təşkilatlar hansısa bir ölkəyə qadağa və sanksiyalar tətbiq etməlidirlərsə, bu ilk növbədə elə Ermənistan olmalıdır. Çünki beynəlxalq qurumların qəbul etdikləri qərarlara əhəmiyyət verməyən, laqeyd yanaşan, onları kobud şəkildə pozan məhz Ermənistandır. Əslində işğal olunmuş ərazilərimizdə Ermənistanın keçirdiyi hərbi təlimlərə reaksiya verilməli və rəsmi Yerevana qarşı sanksiyalar tətbiq edilməlidir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.