banner
banner

Dünya

Ankarada polis avtomobilinə hücum edilib, 20 nəfər saxlanılıb

Ankarada polis avtomobilinə hücum edilib, 20 nəfər saxlanılıb

Türkiyənin paytaxtı Ankara şəhərində naməlum şəxslər tərəfindən polis avtomobilinə hücum edilib. 

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, hadisə Altundağ rayonunda baş verib. Dərhal avtomobildən düşən polislər havaya atəş açıblar. Ankara Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi dərhal ərazidə xüsusi əməliyyata başlayıb. Əməliyyat zamanı əvvəlcə bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Lakin təhlükəsizlik qüvvələri hadisənin bir neçə nəfər tərəfindən törədilməsi ehtimalını da nəzərdən keçiriblər. 
 
Bu səbəbdən ərazidə həyata keçirilən əməliyyat çərçivəsində 20 nəfər şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, əməliyyat bütün gecəni davam edib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.