banner
banner

Gündəm

Bakıda klassik avtomobillərin paradı olacaq

Bakıda klassik avtomobillərin paradı olacaq

Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibəti ilə klassik avtomobillərin paradını təşkil edəcək.

Federasiyadan virtualaz.org-a verilən məlumata görə, bununla əlaqədar AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edir. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 8 noyabr saat 19:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də[email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.

Qeydiyyatdan keçən avtomobillər 9 noyabr saat 09:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdirəcək.

Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq.

Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı hər bir kəsi 9 noyabr tarixində saat 12:00-dan 16:00-dək klassik avtomobillərin sərgisinə dəvət edir. Sərgiyə giriş sərbəstdir.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.