Son zamanların ən məşhur sənətçiləri Serenay Sarıkaya və Kərəm Bursin sadəcə serial və filmlərdən deyil, reklamlardan da kiçik də olsa, qazanc əldə edirlər.
Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçən il saç şampunu firmasının siması olan aktrisa daha sonra cins geyimlər firmasıyla da müqavilə bağlayıb. Sarıkaya bu reklamdan 750 min lirə (275 min manat) qazanıb.
Kərəm Bursin isə Kıvanç Tatlıtuğun üç ildir işlədiyi bir firmanın yeni siması olub. O, da bu müqavilə ilə 750 min lirə alıb.
Ancaq bu iki məşhur il ərzində əldə etdikləri gəlirə görə, həmkarları Kıvanç Tatlıtuğun kölgəsində qalıblar.
Keçən il bir şirkətlə müqavilə əsasında Kıvanç 3 milyon lirə (1 milyon manatdan çox) reklam gəliri götürüb. Bu rəqəmlə o, Serenay və Kərəmin bir yerə qazandığının iki mislini əldə edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.