banner
banner

Sosİal

Uşaqları niyə döyürlər? – Məktəbdə

Uşaqları niyə döyürlər?

Qədim Yunanıstanda məktəblərdə şagirdləri şiş uclu, "stimul" adlı taxta ilə bizləyərdilər ki, yaxşı oxusunlar.


Qədim Spartada məktəblərdə uşaqların döyülməsi nəinki adi, hətta gərəkli sayılardı. İndisə Yaponiya, Koreya və ya Tayvandda məktəblərdə müəllimin uşağın qulağnı çəkməsi rutin məsələdir. Amma yaponlar, koreyalılar etiraf edirlər ki, bu tədris metodu yanlışdır: qulağı çəkilən və ya vurulan uşaq böyüyəndə yalançı, məkrli, hiyləgər və qəddar olur. Avropa bunu əsrlər əvvəl anlayıb və dərk etdiyi üçün də Qərb ölkələrində, sivil dövlətlərdə müəllimlərin uşağa əl qaldırması cinayət sayılır. Azərbaycanda isə vəziyyət birmənalı deyil. Qanunlar uşaqların məktəblərdə, dərs zamanı aşağılanmasını, vurulmasını qəti qadağan etsə də, qulağı çəkilən, vurulan uşaqların sayı az deyil.

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü Milli.Az-a açıqlamasında bildirib ki, müəllim şagirdi adətən dərs müddətində tədrisə mane olanda, müəlimə öz yaşına uyğun olmayan formada cavab qaytardıqda cəzalandırır. Lakin müəlim şagirdlərlə münasibəti elə qurmalıdır ki, şagird tərəfindən tədrisi pozacaq hallar baş verməsin. Ekspertin sözlərinə görə, dərs müddətində şagirdin müəllimə tabe olmasından söhbət gedə bilməz. Tabeçilik avtoritar müəllimlərə xas xüsusiyyətdir. Hazırda məktəblərimizdə müəllim-şagird münasibətlərinin çatışmadığı müşahidə olunur. Müəllim şagirddən yaşca böyükdür və onlar arasında humanist davranış olmalıdır.

M.Mürşüdlü hesab edir ki, müəllim şagirdə obyekt deyil, subyekt kimi baxmalıdır: “Şagird fikir də söyləyə, irad da bildirə, müəllimlə diskussiyaya da girə bilər. Müəlim şagirdə elə münasibət göstərməlidir ki, şagird özünü subyekt kimi hiss etsin. Zaman dəyişib, amma müəllimlərimiz dəyişmək istəmir. Şagirdə obyekt və ya əşya kimi baxa bilmərik, bu zamanın tələbidir. Müəllim nə qədər ki şagirdə obyekt kimi baxacaq, münasibətlər də o qədər pozulacaq”.

Təhsil ekspertinin fikrincə, şagird müəllim tərəfindən döyülürsə, bu, böyüyəndə onun yaddaşında hansısa iz buraxacaq: “Şagirdlər var ki, müəllim onu məktəbdə yaşıdlarının qarşısında alçaldıb, bunları unutmur və aqressiv böyüyürlər. Şagirdin vurulması onların mənliyinin alçaldılması yaddaşında qalır. Müəllim şagirdlə münasibətdə humanistlik sərgiləməlidir. Uşaqla nə qədər mülayim olacaqsansa, şagird də eyni davranışı sərgiləyəcək. Məktəblərimizdə ən çatışmayan cəhət şagird-müəllim münasibətləridir. Müəlimlər hələ də sovetlərdən qalan münasibəti bəsləməkdə davam edirlər”.

Sonda qeyd edək ki, şagirdin müəllimə qarşı hörmətsizliyi, tabe olmaması dərsi apara bilməməsi müəllimin savadsızlığından, ünsiyyət qurmaq bacarığının olmamasından, şəxsi ambisiyalarından irəli gələ bilər.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.