ABŞ prezidenti Barak Obama Hillari Klintonun seçkilərdəki məğlubiyyətinə münasibət bildirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Barak Obama Ağ Evdəki çıxışında bildirib ki, Klintonun namizədliyinin dövlət başçısı postuna irəli sürülməsini və prezident seçkilərində iştirak etməsini tarixi hadisə hesab edir: “Bir gün əvvəl Klintonla danışdım. Mən onunla və Hillari Klintonun dövlət qarşısındakı xidmətləri ilə fəxr edirəm. Hillari Nyu-York ştatından çox gözəl senator və ən yaxşı dövlət katibi olub. Onun prezidentliyə namizədliyi tarixi hadisə oldu və bu, ölkənin bütün qızları üçün siqnal rolunu oynadı".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.