banner
banner

Hərbİ

Müdafiə Nazirliyindən itkilərlə bağlı xəbərə MÜNASİBƏT

Müdafiə Nazirliyindən itkilərlə bağlı xəbərə

“Ermənistan KİV-ləri tərəfindən yayılan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində guya diversiya törətməsi, nəticədə itki verməsi barədəki informasiyalar yalan və uydurmadır”.
Bunu virtualaz.org-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

“Bu, ermənilərin növbəti yalanı və təxribatıdır. Azərbaycan ordusu heç bir itki verməyib. Azərbaycan ordusu vəziyyətə tam nəzaərət edir” - deyə polkovnik V.Dərgahlı bildirib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi bu dəqiqələrdə cəbhə bölgəsində güclü atışmanın baş verməsi barədə məlumat yatıb. Məlumatda bildirilir ki, atışma saat 17:30-da Bağanıs kəndi yaxınlığında baş verib.

Erməni tərəfi bir erməni hərbçisinin öldürüldüyünü təsdiq edir. Eyni zamanda bildirilir ki, atışmada guya bir Azərbaycan hərbçisi də həlak olub.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.