İslam dünyası rəbbiül-əvvəl ayının 12-17-si tarixlərini əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mövludu günləri kimi qeyd edir. İslamın böyük alimləri bu həftəni “Vəhdət həftəsi” elan ediblər. Dünyanın hər bir yerində olduğu kimi, Vətənimizdə də Həzrət Muhəmmədin (s) və 6-cı İmam Həzrət Sadiqin (ə) mövlud günləri böyük şövqlə qeyd olunur.
Hazırda İçərişəhər "Cümə" məscidinin dini icmasının təşkilatçılığı və "www.deyerler.org" internet saytının informasiya dəstəyi ilə mübarək mövludlar münasibətilə bayram tədbiri keçirilir.
Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, bayram tədbirinə yüzlərlə insan qatılıb. Bayram tədbiri müqəddəs Qurani-Kərimin tilavəti və dövlət himnimizin ifası ilə başlanılıb.
Daha sonra İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu çıxış edərək, tədbiri açıq elan edib. Hacı İlqar İbrahimoğlu çıxışı zamanı ilk öncə Peyğəmbər (s) sevərləri bu mövlud həftəsi münasibətilə təbrik edib.
Daha sonra “Əhli-beyt (ə) aşiqləri” ilahi yaradıcılıq qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilib. Əziz İslam Peyğəmbəri (s) və Əhli-beytini tərənnüm edən biri-birindən gözəl İlahilər qonaqların alqışları ilə ifa olunub.
Bayram tədbirində həmçinin əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik yarışması - IV "Uşaq Mövlud Olimpiadası"ı və VIII "Mövlud olimpiadası" qaliblərinə mükafatlar təqdim edilib. Eyni zamanda Əziz İslam Peyğəmbərinin (s) mövluduna həsr olunmuş Futbol Çempionatının qalibləri də mükafatlandırılıb. Bu zaman Mövludla əlaqədar hazırlanmış FLASHMOB da təqdim edilib.
Mükafatlandırma mərasimindən sonra tədbir "Fərəc" duasının cəmlə oxunması ilə yekunlaşıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.