banner
banner

Dünya

Obama prezidentliyi başa çatandan sonra taksi sürəcəyini deyib

Obama prezidentliyi başa çatandan sonra taksi sürəcəyini deyib
ABŞ prezidenti Barak Obama zarafat edərək bildirib ki, səlahiyyət müddəti bitdikdən sonra "Uber" taksi xidmətində sürücü işləyəcək.
 
"Report" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb. Obama jurnalistin "siz öz bloqunuzu idarə etməyi planlaşdırmırsınız ki?" sualına cavab olaraq zarafatla "Uber"də işləməyə gedəcəyini bildirib. 

Amerika prezidenti öz zarafatını daha ciddi cavabla davam etdirib: "Bilirsiniz, mən bir neçə həftə yatmağı planlaşdırıram. Ciddi desəm, biz əlverişli şəraiti olmayan gənclər üçün imkanların yaradılması üzərində işləri davam etdirəcəyik".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.