Aktyor Ergin Hepileri və həyat yoldaşı, aktrisa Beyza Şəkərçi onların ayrılmaları ilə bağlı yazılan xəbərlərə aydınlıq gətiriblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük onlar barədə hər dəfə yazılan ayrılıq xəbərlərinin yanlış olduğunu bildiriblər.
"Bizim sevgimiz sonsuzdur. Böyük sevgilər təkcə nağıllarda yaşanmır. Bizim sevgimiz də böyükdür və bu sevgini həzm edə bilməyənlər belə şayiələr uydururlar. Bilin ki, bizim bir-birimizə olan sevgimiz günü-gündən artır", - deyə cütlük status yazaraq paylaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.